Bölmələr
Haqqımızda
Əsas səhifə / Haqqımızda

"INTERNATIONAL" Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti 21.05.2013 - ci il tarixində BKT - 12 saylı lisenziyaların mərkəzi reyestrinə daxil edilmişdir . Həmin tarixdən etibarən verilmiş lisenziya əsasında, təminatlı və təminatsız kreditlərin verilməsinə, habelə “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər fəaliyyət növləri ilə qanunvericiliyə müvafiq qaydada məşğul olur .


Şirkət 2013-cü ildə peşəkar komandası, böyüyən şəbəkəsi ilə fərdlərin və biznes sahiblərinin inkişafına dəstək vermək üçün təsis edilmişdir. 2013-cü ildə 1 Filial, 8 İşçi, 339 Müştəri və 300.000 AZN kapital iləfəaliyyətəbaşlayan International BOKT bu gün 37 filialı, 312 mütəxəssisdən ibarət komandası, 8,000,000 manat nizamnamə kapitalı və 15000-dənçox müştərisi ilə inkişaf etməkdədir. International BOKT tərəfindən təmin olunan məhsul növlərinə Lombard krediti, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkisafı Fondunun vəAzərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kreditlərin İnkişafı Agentliyi vəsaiti hesabına verilmiş kreditlər, Biznes kreditləri və İstehlak kreditləri daxildir.

On il ərzində International bank olmayan kredit təşkilatı davamlı olaraq dayanıqlılıq, dəyişən ətraf mühitə uyğunlaşma və müştərilərinə və səhmdarlarına misilsiz dəyər qatmaq öhdəliyini üzərinə götürmüşdür. Yeni üçillik strategiyası şirkətin davamlı təkmilləşməyə və bazarın ən son inkişaf meyllərinə uyğun olaraq innovativliyə sadiqliyini əks etdirir.

International BOKT-un İdarə Heyətinin Sədri cənab Nicat Həsənov bildirmişdir: “Növbəti strateji dövrdə International BOKT hazırda 84%-i lombard kreditindən ibarət məhsul portfelini şaxələndirib SİF və AKİA kreditləri,lizinq, biznes və istehlak kreditlərinin payını artırmağı hədəfləyir. Müştəri sayını 2023-cü il üzrə 15,288-dən 2026-cı ildə 36,000 çatdırmaqla 2 dəfədən çox artırmağı hədəfləyirik.”

International BOKT daim müştəri məmnunluğunu təmin etməyə və xidmət keyfiyyətini artırmağa böyük diqqət ayırır.


Məqsədimiz

Təşkilatlarımızın əsas məqsədi, fəaliyyətimizi genişləndirmək və müştərilərimizin istəklərinə uyğun xidmət göstərməkdir.


Sloqan:

Etibarınız Qızıldan Dəyərlidir!


Missiyamız

Peşəkar komanda, geniş filial şəbəkəsi, innovativ məhsullarla fiziki şəxslərin və biznes sahiblərinin maliyyə resurslarından istifadəsini rahat və əlçatan etmək.


Strateji Baxışımız

Ölkənin qabaqcıl maliyyə təşkilatı olmaqla müştərilərin iqtisadi dayanıqlılığına töhfə vermək.


Korporativ mədəniyyətimiz Səlahiyyət (Authority) və Təhlükəsizlikdən (Safety) Qayğı (Caring), Öyrənmə (Learning) və Nəticəyə (Results)

Abunə olmaqla bütün yeniliklərimizdən eləcə də aktiv vakansiyalardan xəbərdar ola bilərsiniz