Giriş
Bu Məxfilik Siyasəti (“Siyasət”) Sizə məxsus və/və ya tərəfinizdən təqdim edilmiş fərdi və digər məlumatların (“məlumatlar”) “BOKT "İnternational" ASC “təşkilat”) tərəfindən toplanması, qorunması, emalı, istifadə edilməsi, açıqlanması (elan edilməsi, ötürülməsi), idarə edilməsi və bunlara dair razılıqları əks etdirən bir bəyanat və ya sənəddir. Sizin fərdi məlumatlarınızı toplamaqda əsas məqsəd sizin təhlükəsizliyinizi təmin etmək, sizin tələbatlarınıza və istəklərinizə daha uyğun olan effektiv xidmət və xüsusiyyətləri təqdim etməkdir. Biz yalnız bu məqsədə nail olmaq üçün lazım olan məlumatı toplayırıq. Bu Məxfilik Siyasəti çərçivəsində İstifadəçi işlənməsinə icazə verilmiş şəxsi məlumatları “Şəxsi kabinet” bölməsində _________ internet portalında, qeydiyyat formasını dolduraraq, təqdim edir və aşağıdakı məlumatları daxil edir:
- İstifadəçinin soyadı, adı, atasının adı;
- İstifadəçinin əlaqə telefonu;
- Elektron ünvan (e-mail);
-Müraciət etdiyi vakansiya;
- İstifadəçinin yaşadığı ünvan.
Sizin şəxsi məlumatlarınız BOKT "İnternational" ASC tərəfindən kukilər və ya veb-saytdan istifadə zamanı məlumat sahibləri kimi doldurduğunuz sahələr vasitəsilə toplanır.
Məlumatlar Sizin şəxsiyyətinizi müəyyən etmək üçün istifadə edilə bilən hər hansı bir məzmunda veb səhifə tərəfindən texniki olaraq dəstəklənə bilən istənilən formada təqdim oluna və ya yüklənə bilər (ad, ünvan, doğum tarixi, ailə vəziyyəti, əlaqə məlumatları, şəxsiyyəti təsdiq edən sənədlər və son istifadə tarixi, maliyyə qeydləri, kredit məlumatları, tibbi və ya digər arayış, CV, SMS, elektron poçt, kuki və s.). Təşkilat olaraq bu Siyasətdə Sizə aid hansı məlumatların tərəfimizdən hansı qaydada toplandığına, məxfi saxlanıldığına, paylaşıldığına, habelə istifadəsinə və ötürülməsinə dair Sizə bir sıra seçimlər təklif edirik.
Bizə verdiyiniz məlumatlar
Siz veb səhifədə məlumatlarınızı şəxsi kabinet (hesab) yaratmaq, vakansiyalar üçün müraciət etmək və ya veb səhifədəki digər məlumatlarla tanış olmaq üçün təqdim edirsiniz.
Qeydiyyat
Şəxsi hesab yaratmaq üçün adınızı, elektron ünvanınızı və/və ya mobil telefon nömrənizi, parolunuzu, həmçinin qeydiyyat üçün tələb olunan digər məlumatları və saytda şəxsi məlumatlarınızı göstərməlisiniz. Təşkilat uşaqların və həssas şəxslərin məxfiliyinin qorunmasını nəzərə alaraq bütün məlumatları öz adından toplayır, istifadəçilər məlumatların emalı ilə bağlı razılıqlarını geri götürmək hüququna malikdirlər.
Şəxsi kabinet
Şəxsi hesabınızda bəzi məlumatlarınızı (məsələn, qeydiyyat məlumatları) daxil edib-etməməyi seçə bilərsiniz. Bununla belə, ulduz işarəsi ("*") ilə qeyd olunacaq məlumatlarınızı (əlaqə məlumatı, təhsil, iş təcrübəsi və s. kimi) daxil etməlisiniz. Məlumatları dolğun və düzgün qeyd etməyiniz sizin seçilməyinizdə daha dəqiq olmağa dəstək olacaq. Ulduz işarəsi ilə işarələnmiş məlumatlar istisna olmaqla, şəxsi məlumatlarınızı əlavə etməkdən çəkinin.
Göndərmə və Yükləmə
Doldurduğunuz ərizə forması avtomatik olaraq bizə elektron ünvan vasitəsilə göndərilir. Şəxsi hesabınızda şəxsi məlumatlarınızı hər dəfə dəyişdirdiyiniz zaman yenilənmiş məlumatlar İnsan Resursları departamentinin vaxid cv bazaya yüklənəcək. Şəxsi məlumatlarınızı tam və ya doğru olmayan şəkildə göndərmədikdə və ya mütəmadi olaraq yeniləmədikdə, Sizinlə əlaqə qurmağımız məhdudlaşa bilər.
Təşkilat İstifadəçi məlumatlarının icazəsiz daxil olmaq, dəyişdirmək, açıqlamaq və ya məhv etmək cəhdlərindən təhlükəsizliyini və mühafizəsini təmin etmək üçün bütün mümkün tədbirləri görür və eləcə də digər qeyri-münasib istifadə növləri üzrə hərəkətləri məhdudlaşdırır.
Məlumatlarınızın təhlükəsizliyinin mütəmadi qorunmasına çalışırıq, təhlükəsizlik pozuntularını izləyir və qarşısını almağa çalışırıq. Xahiş edirik, bu veb səhifə üzrə xidmətlərimiz vasitəsilə mövcud olan təhlükəsizlik şərtlərinə əməl edəsiniz. Eyni zamanda bildiririk ki, yarana biləcək hər hansı texniki nasazlıqlar və kiber hücumlarla bağlı məlumatlarınızın qorunacağına təminat vermirik və bunun üçün məsuliyyət daşımırıq. Hər hansı fiziki, texniki və ya idarəetmə təhlükəsizliyimizi pozaraq məlumatların əldə edilməsinə, açıqlanmasına, dəyişdirilməsinə və ya məhv edilməsinə zəmanət vermirik.
Məlumatların istifadə məqsədləri
İstifadəçi məlumatları təşkilat tərəfindən portalın texniki idarə edilməsi, habelə portalın fəaliyyətinin təhlili və təkmilləşdirilməsi və İstifadəçilərə təşkilat tərəfindən göstərilən xidmətlər haqqında məlumatların təqdim edilməsi məqsədilə toplanır.
Emal üçün qanuni əsaslar
Kukiləri qəbul etməmək və onları rədd etmək üçün brauzerinizin parametrlərini dəyişdirmək hüququnuz var, lakin bu halda saytın müəyyən səhifələri və/yaxud bölmələri, eləcə də saytın digər xüsusiyyətləri sizin üçün əlçatan olmaya bilər. Gələcəkdə elektron məktubları almamaq qərarına gəlsəniz və əvvəllər veb saytımız vasitəsilə bizə təqdim edilmiş şəxsi məlumatların verilənlər bazamızdan silinməsini istəyirsinizsə, zəhmət olmasa,bu barədə bizə e-mail vasitəsilə bildirin.
Təşkilatın onlayn məxfilik siyasətinə edilən hər hansı dəyişiklik bu səhifədə yerləşdiriləcək. Beləliklə, siz həmişə hansı məlumatları topladığımızı və ondan necə istifadə etdiyimizi biləcəksiniz.
Əlaqə məlumatları
Bu Siyasətlə bağlı hər hansı sualınız olduqda, portalda göstərilən vasitələrlə bizimlə əlaqə yarada bilərsiniz.